Sosial şəbəkədə biz:

DTX rəisi: “İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə həlak olub”

24 September 2017, 13:48
Gündəm
"Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar”. Bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytnant Mədət Quliyev söyləyib. M. Quliyev deyib ki, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub: “Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”. (APA)