Sosial şəbəkədə biz:

Azərbaycana ilk qar yağıb - FOTO

28 September 2017, 09:51
Gündəm
Azərbaycana ilk qar yağıb. "Report"un Şimal bürosu xəbər verir ki, gecə saatlarında Qubada yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib. İlk qar əsasən Qubanın dağ kəndlərinə - dəniz səviyyəsindən 2000-metrdən yuxarı olan kəndlərə, həmçinin Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur. Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.