Sosial şəbəkədə biz:

Tanınmış müğənninin oğlunun vəziyyəti ağırdır: "Kəllə sümüyü çıxarılıb"

28 September 2017, 13:26
Gündəm
Meyxanaçı-müğənni Samirə Yusifqızının oğlunun başına iş gəlib. Azinforum.az - ın məlumatına görə, ifaçı bu barədə “APA TV”-nin “Show time” verilişində deyib. O bildirib ki, 30 yaşlı oğlunun vəziyyəti ağırdır: "Hovuza tullanmaq istəyəndə onu itələmişdilər, başı dəymişdi, qapalı kəllə-beyin travması almışdı. Kəllə sümüyü çıxarıldı. İki aydan sonra yenidən əməliyyat olunacaq. Kəllə sümüyü yerinə qoyulacaq. Əməliyyat üçün maddi baxımdan heç kimə müraciət etməmişəm. Bunu özümə sığışdıra bilmirəm”.