Sosial şəbəkədə biz:

Damlanın sevgilisi ona verdiyi "Porche"ni əlindən aldı - İDDİA - FOTO

28 September 2017, 14:49
Gündəm
Müğənni Damla şəxsi həyatında çətin günlər yaşayır. Azinforum.az  azxeber.com-a istinadla xəbər verir ki, sevgilisindən ayrılan müğənni Damlanın avtomobili əlindən alınıb. Belə ki, Bakıda fəaliyyət göstərən məşhur mebel salonlarından birinin sahibi olan iş adamı Damla ilə ayrıldıqdan sonra ona verdiyi "Porsche" markalı avtomobili əlindən alıb. Məlumatı verən mənbənin sözlərinə görə, müğənninin sevgili olduğu bu şəxs evlidir və övladı var. Həmin şəxsin adı və soyadı redaksiyamıza məlum olsa da, evli olmasını nəzərə alıb adını açıqlamırıq. Məsələ ilə bağlı Damla ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verməyib.