Sosial şəbəkədə biz:

Leyla Yunusu həbs etdilər

Avqustun 27-29-da Gürcüstanın Marneuli bələdiyyəsinin Serakvi kəndində One Caucasus beynəlxalq festivalı keçiriləcək. Festival çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistan gənclərinin görüşü olacaq. "Turan"-ın məlumatına görə, "Gruzia online" bildirib ki, festivalda əsas məqsəd Qafqazda yaşayan gənclər üçün dinc, təhlükəsiz məkanın yaradılmasıdır. Üçgünlük festival çərçivəsində Gürcüstandakı Azərbaycan və erməni kəndlərinin uşaqları üçün mədəni-tədris tədbirlərinin keçirilməsi planlaşdırılır. Layihə Polşa Mədəniyyət və Milli İrs Nazirliyi və Marneuli İcra Hakimiyyətinin maliyyə dəstəyilə həyata keçirilir. Lakin məlumatda görüşün üç ölkənin nümayəndələri arasında, yoxsa Gürcüstan ərazisində yaşayan azərbaycanlı və erməni gənclər arasında olacağı aydın deyil.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol