Sosial şəbəkədə biz:

Prezident Lütfi Zadə ilə vida mərasimində - Yenilənir + Fotolar

29 September 2017, 12:52
Gündəm
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi başlayır. "Qafqazinfo" xəbər verir ki, alimin cənazəsi AMEA-ya gətirilib. *** Mərasimdə prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak edir. *** Mərasimdə çıxış edən AMEA prezidenti Akif Əlizadə bildirib ki,Lütfi Zadə Azərbaycana bağlı olub: "Axırıncı dəfə Bakıda 2008-ci ildə olub. Bakının inkişafı onu heyran edib. Onun bu gün elmi məktəbləri var. Azərbaycan dövləti onun böyük alim olmağını yüksək qiymətləndirib. Ona " Dostluq " ordeni və Nizami Gəncəvi adına qızıl medal verilib. Onun vəfatı dünya ictimaiyyətini kədərləndirir".