Sosial şəbəkədə biz:

Heydər Əliyevə aid olduğu deyilən maşın satışda

Rusiyanın Krasnoyarsk şəhərində QAZ-12 "ZİM" markalı avtomobil internet vasitəsi ilə satışa çıxarılıb. Azinforum.az baku.ws-ə istinadən xəbər verir ki, avtomobili satan şəxs QAZ-12 "ZİM"in əvvəllər Azərbaycanın üçüncü prezidenti, mərhum Heydər Əliyevə aid olduğunu iddia edib. 24auto.ru saytında yerləşdirilən elanda qeyd edilir ki, avtomobil 1951-ci ildə istehsal edilib. Bəzi məlumatlara görə, maşın Azərbaycandan, Heydər Əliyevin qarajından gətirilib. Əsaslı təmirdən sonra avtomobil elektrik şüşəqaldıranla, bort kompüteri, televizor, siqnalizasiya ilə təchiz edilib. Avtomobilin qiyməti 1 mln. 410 min rubldur (21000 AZN). QAZ-12 markalı avtomobil 1949-cu ildən 1959-cu ilə qədər Qorki Avtomobil zavodunda istehsal edilib. Bu avtomobillər daha çox partiya və hökumət nümayəndələri üçün xidməti avtomobil kimi istifadə olunurdu.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol