Sosial şəbəkədə biz:

Rəşad Sadıqov milli komandadan gedir

02 October 2017, 21:19
Gündəm
DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq. AzVision.az-ın məlumatına görə, AFFA-nın saytına fikrini bildirən R.Sadıqov Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: “Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”. Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən R.Sadıqov yığmanın heyətində 110 oyun keçirib.