Sosial şəbəkədə biz:

“PREZİDENT SEÇKİLƏRİNƏ QATILACAM” – Rəsul Quliyev

03 October 2017, 12:52
Gündəm
Azərbaycan parlamentinin sabiq sədri, 20 ildən çoxdur ABŞ-da siyasi mühacirətdə yaşayan Rəsul Quliyev 2018-ci ilin prezident seçkisində iştirak etmək niyyətində olduğunu açıqlayıb. “AzPolitika.info”nun məlumatına görə, eks-spiker bu barədə Azərbaycan saytlarına müsahibəsində bildirib. Azərbaycana qayıtmaq planları ilə bağlı suala cavabında R.Quliyev bildirib: “Bu hadisənin baş verməsi həm də hökumətin mənim gəlməyimin nə qədər vacib olmasını anlamasından keçir. Ümid edək ki, Azərbaycana dönməyim 2018-də baş tutacaq”. Prezident seçkilərində iştirakla bağlı suala eks-spiker birmənalı təsdiq cavabını verib: “Qatılacağam”.