Sosial şəbəkədə biz:

Hindistan vətəndaşları Bakıda “AA” seriyalı avtomobillə toqquşdu

03 October 2017, 15:29
Gündəm
Bakıda Hindistan vətəndaşları qəzaya düşüblər. “Qafqazinfo”nun verdiyi xəbərə görə, 1983-cü il təvəllüdlü Venugopal Krishnakumarın idarə etdiyi “Nissan Sunny” markalı 10 PT 480 nömrəli avtomobilllə Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Qorqud Hikmət oğlu Məmmədlinin idarə etdiyi “Toyota” markalı 99 AA 446 nömrəli maşın toqquşub. Nəticədə, V. Krishnakumar və sərnişini, 1983-cü il təvəllüdlü Mangalath Prethy Ullas xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Tibbi yardım aldıqdan sonra buraxılıblar.