Döyülən hakim danışdı- “Boş şeydir”
Bakıda futbol hakimi döyülüb. “ Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, 29 yaşlı hakim Anar Göyçayski paytaxtın Xətai rayonu ərazisində naməlum şəxslərin hücumuna məruz qalıb. Faktla bağlı araşdırma aparılır. Bakıda döyüldüyü deyilən futbol hakimi Sportal.az-a açıqlama verib. Referi bildirib ki, onun barəsində gəzən xəbərlər yanlışdır: "Boş şeydi, döyülməmişəm". Bu məlumatın hardan qaynaqlandığı soruşanda isə hakim telefonu üzümüzə qapadı, sonra yenidən əlaqə saxlamaq istəsək də, zənglərimizi cavabsız qoydu.