Sosial şəbəkədə biz:

Daha bir azərbaycanlı “O Ses Türkiye”də münsifləri heyran etdi - VİDEO

08 October 2017, 21:32
Gündəm
Ötən gün "O səs Türkiyə" mahnı müsabiqəsinin növbəti mövsümünə start verilib.
Day.az-a istinadən xəbər verir ki, müsabiqədə azərbaycanlı iştirakçı Adil Baxışlı "Unchained Melody" mahnısını səsləndirib və münsiflərdən Hadisə ilə Gökhanı özünə tərəf döndürə bilib.
Hadisə onun səsinə valeh olduğunu bildirib və ifa tərzini Elnur Hüseynova bənzədib. A.Baxışlı isə Hüseynovla eyni müəllimdən dərs aldığını deyib. Gökhan Öztürk də Adilin səsini bəyəndiyini deyib. Həmyerlimiz sonda Hadisənin komandasında yarışmaq istədiyini deyərək onu seçib.