İtlər “Qurd”u dişlədi... - “Birinin boynunu sındırdıq”
“Qurd” ləqəbi ilə tanınan repçi Fərid Eminovun başına iş gəlib.“Qafqazinfo” xəbər verir ki, gənc ifaçı Bakıda itlərin hücumuna məruz qalıb.
Bu barədə "Qurd"un özü instaqram səhifəsində məlumat yayıb:
“İtlərin hücumuna məruz qaldıq. Vaksin vurulub, qorxmayın. 6 itdən 1-nin boynunu sındıra bildik”.
***
“Qafqazinfo” hadisənin təfərrüatını öyrənmək üçün reperlə əlaqə saxlayıb O, hücumun ötən gün baş verdiyini söyləyib:
“Hadisə 5-ci gündən 6 günə keçən gecə olub. Günəşli ərazisində maşını qaraja qoyub evə gedirdim. Tək idim,ən azı 6 it hücum etdi. Qol, bud, ayaq, sifət və əlimdən yaralandım. Onlardan birinin boynunu qırmışam. Birdən insana qeyri-adi güc gəlir”.