Sosial şəbəkədə biz:

Direktor 14 yaşlı məktəblinin bıçaqlanmasından danışdı: - “Hadisə küçədə...”

09 October 2017, 14:00
Gündəm
Göygöl rayonunun 3 saylı orta məktəbi bıçaqlanma hadisəsinə münasibət açıqlayıb. Məktəbin direktoru Rüxsarə Atayeva AzNews.az-a açıqlamasında rəhbərlik etdiyi təhsil müəssisəsində belə bir hadisənin baş vermədiyini deyib: “Hadisə küçədə baş verib. Məktəblər bir-birinə bitişikdir. Həsənov Mehman bizim məktəbdə təhsil almır. Hadisədən məlumatlı olsaq da, nəyin üstündə baş verdiyini dəqiqləşdirməmişik”. Qeyd edək ki, Göygöldə bıçaqlanma hadisəsi baş verib. Rayon sakini, 2003-cü il təvəllüdlü Həsənov Mehman Vüqar oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.