Sosial şəbəkədə biz:

PKK Azərbaycanın ixrac qaz kəmərini belə partlatdı

PKK terror təşkilatı bu gün öz internet saytında Azərbaycanın əsas ixrac qaz kəməri olan Bakı-Tiflis-Ərzurum kəmərinin Türkiyədən keçən hissəsində ötən həftə törətdiyi partlayışın videokadrlarını yayıb. Virtualaz.org saytı xatırladır ki, bu, PKK-nın kəmərdə son bir ayda törətdiyi ikinci partlayış idi. Terror təşkilatı ilə Türkiyə arasında atəşkəs razılaşmasının pozulmasının ardınca PKK avqustun əvvəlində Bakı-Tiflis-Ərzurum kəmərində ilk partlayış törədib. Ötən həftə isə kəmər yenidən partladılıb. Həmin vaxt BP “Şahdəniz” yatağında işləri profilaktik tədbirlər üçün müvvəqəti dayandırdıqdan sonra qaz hasilatını yenicə bərpa etmişdi və bu səbəbdən partlayış kəmərin işinə ciddi təsir göstərməyib. Ancaq PKK tərəfindən yayılan kadrlardan görünür ki, kürd terrorçuları partlayışın baş verəcəyi  nöqtəni əvvəlcədən videokameranın hədəfinə alırlar və partlayış anı kadrlarda əks olunur. Güclü partlayışdan bir neçə saniyə sonra kəmərdə qaz alışır və güclü alovlar havaya qalxır. Təxminən 10 dəqiqləlik videoda kəmərdə partlayışın nəticəsi olaraq təbii qazın necə yandığı əks olunur.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol