Sosial şəbəkədə biz:

Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib — FOTOLAR

12 October 2017, 21:25
Gündəm
Bolqarıstan Prezidenti Rumen Radev bu gün Azərbaycana rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.