Sosial şəbəkədə biz:

İran - Qərb ra­zı­laş­ma­sı əley­hi­nə yə­hu­di lob­bi­si­nin 45 mil­yon­luq il­kin la­yi­hə­si...

Dün­ya miq­ya­sın­da xü­su­si ma­raq­la iz­lə­nən ha­di­sə­lər­dən bi­ri də İran­la Qərb döv­lət­lə­ri ara­sın­da əl­də olu­nan ra­zı­lı­ğın nə vaxt qüv­və­yə mi­nə­cə­yi­dir. Çün­ki bu ra­zı­lıq, dün­ya si­ya­sə­ti ilə ya­na­şı, iq­ti­sa­diy­ya­tı­na da cid­di tə­sir gös­tə­rə­cək. Mə­sə­lən, İran dün­ya ba­zar­la­rı­na da­ha çox neft çı­xa­ra bi­lə­cək. Am­ma ABŞ-da baş ve­rən­lər İran­la ra­zı­lı­ğın təs­di­qi­ni get­dik­cə da­ha bö­yük su­al alıt­na alır. Məhz be­lə bir vaxtda ABŞ-da tə­qa­üd­də olan 200-ə ya­xın yük­sək rüt­bə­li sa­biq hərbçi qa­nun­ve­ri­ci­lə­ri İran­la əl­də edi­lən ra­zı­lı­ğı rədd et­mə­yə ça­ğı­rıb. Bu­nun­la bağ­lı Konqre­sin hər iki pa­la­ta­sı­na ün­van­la­nan mək­tub­da de­yi­lir ki, İra­na qar­şı sanksi­ya­la­rın ləğ­vi və gə­lən on il ər­zin­də re­ji­min mil­yardlar­la dol­la­rı­nın azad edil­mə­si İs­ra­il və Ya­xın Şər­qin təh­lü­kə­siz­li­yi­nə cid­di hə­də tö­rə­də­cək. ABŞ Kon­re­si isə sentyab­rın 17-dək ra­zı­lı­ğı ya qə­bul, ya da rədd et­mə­li­dir. Konqre­sin res­pub­li­ka­çı üzvlə­ri və Ba­rak Oba­ma­nın De­mok­rat Par­ti­ya­sın­dan qa­nun­ve­ri­ci­lə­rin bir his­sə­si ra­zı­lı­ğı təs­diq et­mə­yə­cək­lə­ri­ni bil­di­rib. Elə bu da İran­la ra­zı­lı­ğı su­al al­tı­na alır. Düz­dür, ABŞ pre­zi­den­ti Ba­rak Oba­ma Konqres üzvlə­ri­ni İran­la nü­və ra­zı­lı­ğı­nı dəs­tək­lə­mə­yə ça­ğır­maq­da da­vam edir. O, Teh­ran sa­zi­şin şərtlə­ri­nə əməl et­mə­di­yi təq­dir­də, ABŞ-ın İra­na qar­şı hər­bi əmə­liy­yat hə­ya­ta ke­çi­rə bi­lə­cə­yi­ni və ya sanksi­ya­la­rı bər­pa edə bi­lə­cə­yi­ni vur­ğu­la­yıb. Oba­ma Nü­ma­yən­də­lər Pa­la­ta­sı­nın üz­vü, nyu-yorklu de­mok­rat Cer­rold Na­del­rə yaz­dı­ğı mək­tub­da bil­di­rib: "İran nü­və si­la­hı­na doğ­ru get­sə, Bir­ləş­miş Ştat­la­rın, hər­bi mü­da­xi­lə də da­xil ol­maq­la, bir ne­çə va­ri­an­tı ola­caq". Mək­tub­da, həm­çi­nin, ABŞ-ın ra­ke­tə qar­şı mü­da­fiə üçün İran və dün­ya qüd­rət­lə­ri ara­sın­da ra­zı­lı­ğın əley­hi­nə çı­xış edən İs­ra­i­lə ay­rı­lan və­sa­it­lə­rin ar­tı­rı­la­ca­ğı bil­di­ri­lib. Oba­ma­nın mək­tu­bu ta­nın­mış de­mok­rat se­na­tor Ro­bert Me­nen­de­zin Konqres­də ke­çi­ri­lə­cək səs­ver­mə za­ma­nı İran­la nü­və ra­zı­lı­ğı­nın əley­hi­nə səs ve­rə­cə­yi­ni açıq­la­dı­ğı həf­tə gön­də­ri­lib. Res­pub­li­ka­çı­lar isə ar­tıq ra­zı­lı­ğın qar­şı­sı­nı ala­caq­la­rı­nı vəd edib. Me­nen­dez bil­di­rib:"İran nü­və bom­ba­sı ha­zır­la­yır­sa, mən bu­nun al­tı­na im­za at­ma­ya­cam. Mən ra­zı­lı­ğın əley­hi­nə və hət­ta la­zım gəl­sə, pre­zi­dent ve­to­su­nun ləğv olun­ma­sı­na da səs ve­rə­cəm". Me­nen­dez Oba­ma ad­mi­nistra­si­ya­sı­nı ra­zı­lı­ğın əsas ele­mentlə­ri­ni mü­za­ki­rə et­mək üçün ye­ni­dən da­nı­şıq­la­rın baş­la­ma­sı­na ça­ğı­rıb. La­kin Oba­ma ad­mi­nistra­si­ya­sı bu­nun müm­kün­süz ol­du­ğu­nu bil­di­rib. Bun­dan əv­vəl isə Nyu-York se­na­to­ru Çak Şu­mer də nü­və ra­zı­lı­ğı­nın əley­hi­nə səs ve­rə­cə­yi­ni və di­gər se­na­tor­la­rı da onun ki­mi səs ver­mə­lə­ri üçün ra­zı sal­ma­ğa ça­lı­şa­ca­ğı­nı de­yib. Nü­ma­yən­də­lər Pa­la­ta­sı və Se­nat nü­və ra­zı­lı­ğı­nın əley­hi­nə səs ve­rə­cə­yi təq­dir­də Oba­ma ve­to qo­ya­ca­ğı­nı vəd edib. Konqre­sin bir­lik­də ve­to­nu ara­dan qal­dır­maq üçün tə­ləb olu­nan səs­lə­rə sa­hib olub-ol­ma­dı­ğı isə mə­lum de­yil. ABŞ-da na­ra­zı­lı­ğa yol açan da­ha bir mə­sə­lə "As­so­ci­a­ted Press" agentli­nin yay­dı­ğı mə­lu­mat­dır. Mə­lu­mat­da bil­di­ri­lir ki, BMT-nin nü­və nə­za­rət­çi­si və Teh­ran ara­sın­da əl­də olu­nan əla­və ra­zı­lıq la­yi­hə­si­nə əsa­sən məx­fi Par­çin nü­və tə­si­si­ni İra­nın öz mü­fət­tiş­lə­ri yox­la­ya­caq. Agentlik bil­di­rir ki, "Əla­və sa­ziş II" ad­la­nan ra­zı­lıq nor­mal pro­se­dur­lar­dan uzaq­la­şır, çün­ki bu ra­zı­lıq əsa­sın­da İran in­kar et­di­yi fə­a­liy­yət­lə­ri­ni təf­tiş et­mək məq­sə­di­lə öz ekspert və ava­dan­lıq­la­rın­dan is­ti­fa­də edə­cək. Be­lə­lik­lə, Bey­nəl­xalq Atom Ener­ji­si Agentli­yi­nin (MA­QA­TE) nə­za­rə­tin­də olar­kən nü­və si­lah­la­rı­nı in­ki­şaf et­dir­mə­yə ça­lı­şa­caq. Düz­dür, MA­QA­TE-nin rəh­bə­ri Yu­kia Ama­no bu he­sa­ba­tın heç bir əhə­miy­yət kəsb et­mə­di­yi­ni de­yib: "Bu cür bə­ya­nat­lar bi­zim be­lə bir va­cib yox­la­ma­ya ya­naş­ma­ğı­mı­zı təh­rif edir". Ama­no məx­fi ra­zı­lıq­la bağ­lı mə­lu­mat ve­rə bil­mə­yə­cə­yi­ni vur­ğu­la­sa da, sa­zi­şin son ver­si­ya­sı­nın tex­ni­ki ba­xım­dan əsas­lı və agentli­yin uzun müd­dət­dən bə­ri bər­qə­rar olun­muş qay­da­la­rı ilə uy­ğun ol­du­ğu­nu de­yib. Bü­tün bun­lar Konqres­də İran­la ra­zı­lı­ğın əley­hi­nə çı­xan­la­rın sa­yı­nın artma­sı­na sə­bəb olur. İs­ra­il də nü­və ra­zı­lı­ğı­nın təs­diq­lən­mə­mə­si üçün Konqre­sə təz­yiq­lə­ri­ni ar­tı­rır. Hət­ta Ba­rak Oba­ma­nın Konqres­də İran­la əl­də olu­nan nü­və ra­zı­laş­ma­sı­nın səs­ver­mə za­ma­nı qə­bul edil­mə­mə­si üçün ça­lı­şan Ame­ri­ka-İs­ra­il İc­ti­mai Əla­qə­lər Ko­mi­tə­si­ni (Aİ­PAC) sərt şə­kil­də tən­qid et­mə­si də nə­ti­cə ver­mə­yib. "New York Ti­mes" qə­ze­ti ya­zır ki, bun­dan əv­vəl Ro­nald Rey­qan, Corc Bu­şun da Aİ­PAC-lə prob­lem­lə­ri olub. La­kin bu gü­nə qə­dər heç bir pre­zi­dent ən güc­lü lob­bi­lər­dən olan Aİ­PAC-ə be­lə mey­dan oxu­ma­yıb. Aİ­PAC si­lah lob­bi­sin­dən son­ra ABŞ-da ən güc­lü lob­bi he­sab edi­lir. Ko­mi­tə­nin nü­və ra­zı­laş­ma­sı­na qar­şı ar­tıq 20 mil­yon dol­lar xərclə­di­yi, bun­dan baş­qa, ra­zı­laş­ma əley­hi­nə elan və rek­lam­la­ra isə da­ha 25 mil­yon ayır­dı­ğı bil­di­ri­lir. İs­ra­lin mü­da­fiə na­zi­ri Mo­şe Ya­a­lon isə İra­nın nü­və proq­ra­mın­dan öz­lə­ri­ni qo­ru­ya­caq­la­rı­nı bil­di­rib. O, İra­nın nü­və am­bi­si­ya­la­rı­nın qar­şı­sı­nın alın­ma­sı­nın va­cib­li­yi­ni vur­ğu­la­yıb: "Biz bu­nun sanksi­ya­lar va­si­tə­si­lə hə­ya­ta ke­çi­ril­mə­si­ni is­tə­yi­rik. La­kin nə­ti­cə eti­ba­ri­lə İs­ra­il özü­nü mü­da­fiə et­mə­li­dir". İs­ra­il mü­da­fiə na­zi­ri İra­nın "al­tı­lıq" öl­kə­lə­ri ilə əl­də et­di­yi nü­və ra­zı­laş­ma­sı­nın "ta­ri­xi səhv" ol­du­ğu­nu qeyd edib. Onun söz­lə­ri­nə gö­rə, İran öh­də­lik­lə­ri­ni ic­ra et­mə­sə, İs­ra­il avi­a­zər­bə­lər en­di­rə bi­lər. Qeyd edək ki, İran­la "al­tı­lıq" öl­kə­lə­ri ara­sın­da nü­və mə­sə­lə­si­nə da­ir ra­zı­laş­ma 14 iyul­da əl­də edi­lib. BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın yek­dil­lik­lə qə­bul et­di­yi qət­na­mə­də nü­və proq­ra­mı­nın nə­za­rə­tə gö­tü­rül­mə­si mü­qa­bi­lin­də BMT sanksi­ya­la­rı­nın mər­hə­lə­li şə­kil­də ara­dan qal­dı­rıl­ma­sı nə­zər­də tu­tu­lur. Na­hid SA­LA­YEV


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol