Ələt-Astara yolunda TIR aşdı, 7 ədəd BMW zay oldu
Bu gün axşam saatlarında Ələt-Astara-İran avtomobil yolunun 14-cü kilometrində - Salyan rayonunun Xıdırlı kəndi ərazisində Rusiya vətəndaşının idarə etdiyi, Dubaydan avtomobil daşıyan TIR yoldan çıxaraq aşıb.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində sürücü xəsarət almasa da, qoşqu üzərinə bərkidilmiş 7 ədəd BMW markalı minik avtomaşınlarına ciddi ziyan dəyib.
Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.
◀▶


