Sosial şəbəkədə biz:

Maral Tahirqızı həbsdən azad olundu

14 October 2017, 10:14
Gündəm
Müğənni Maral Tahirqızı həbsdən çıxıb. Azinforum.az Lent.az-a istinadən xəbər verir ki, 2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə həbs edilən və barəsində məhkəmə tərəfindən 3 il müddətinə həbs-qətimkan tədbiri seçilən müğənni azadlığa buraxılıb. O, cəza müddətinin dörddə üç hissəsini çəkdiyinə görə qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl azadlığa çıxıb.