Sosial şəbəkədə biz:

Deputatın villasından qızıl divan çıxdı

Avromaydan fəalları Odessada Regionlar Partiyasından olan keçmiş xalq deputatı Sergey Kivalovun iqamətgahını ələ keçiriblər. Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Avromaydan fəalları öz sosial şəbəkə səhifələrində paylaşıblar. Qeyd edək ki, S.Kivalovun rəsmi iqamətgahı Beynəlxalq Humanitar Universitetin korpuslarından biridir. Xalq arasında ona “Harri Porterin qəsri” deyilir. Fəallar iqamətgahın qapılarını sındıraraq binaya daxil olublar. Onlar orada Ukrayna bayraqlarını və Avromaydanın simvollarını, habelə qızıl divan və Kivalovun çoxsyalı portretlərini aşkarlayıblar. Məlumata görə, bina daha sonra yerli xüsusi təyinatlılar tərəfindən nəzarətə götürülüb. Hazırda binaya heç kim buraxılmır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol