Sosial şəbəkədə biz:

Masallıda bələdiyyə sədri qalmaqalı - NARAZILIQ VAR...

Masallı rayonunun Ərkivan qəsəbəsində bələdiyyə ilə bağlı qalmaqallı vəziyyət yaranıb. Bu barədə jam-a qəsəbə sakinləri məlumat veriblər. Həmin məlumatda deyilir ki, son seçkilərdə xeyli sayda qanun pozuntusu və saxtakarlıqla müşahidə edilən prosesdən sonra formalaşmış bələdiyyəyə indi də hərbi xidmətdə olmayan birini sədr gətirmək istəyirlər. «Müvəqqəti müavin kimi təyin olunan Anar Rəcəbovu Ərkivan bələdiyyəsinə sədr təyin etmək istəyirlər. Bu adam hərbi xidmətdə olmayıb. Bu da bizim qəzəbimizə səbəb olub. Çünki Ərkivan hər zaman vətənpərvərliyi ilə seçilən bir qəsəbə olub, Qarabağ savaşında onlarla şəhid verib. Necə ola bilər ki, bu qəsəbənin bələdiyyə sədri hərbi xidəmtə olmamış biri olsun?».


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol