Sosial şəbəkədə biz:

ABŞ Türkiyəyə qarşı viza məhdudiyyətini qismən aradan qaldırıb

16 October 2017, 20:32
Gündəm
ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi viza məhdudiyyətini qismən aradan qaldırıb.  "Anadolu" xəbər verir ki, bundan sonra müalicə məqsədilə və digər xüsusi hallarda ABŞ-a getmək istəyən Türkiyə vətəndaşlarına viza veriləcək. Vizanı yalnız ABŞ-ın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğu verəcək. Qeyd edək ki, ABŞ İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra Türkiyəyə qarşı miqrantlar istisna olmaqla viza məhdudiyyəti tətbiq etmişdi.