Sosial şəbəkədə biz:

Cavid Hüseynov həbsdə qaldı – Qərar

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Qəbələ” futbol klubunun hazırda həbsdə olan futboçusu Cavid Hüseynovun apelyasiya şikayətinə baxılıb. C.Hüseynovun vəkili Adəm Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Səbayıl Rayon Məhkəməsinin C.Hüseynov haqda həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinin təmin olunmaması barədə qərarından apelyasiya şikayəti verilib Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda vəsatət təmin edilməyib. Cavid Hüseynov həbsdə qalıb. Qeyd edək ki, Cavid Hüseynovun jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 307-ci (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə təqsirləndirib və Səbayıl Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol