Sosial şəbəkədə biz:

Mətanət bahalı hədiyyələrini sadaladı: 12 min manata don, Range Rover, BMW X5...

17 October 2017, 16:24
Gündəm
"Xəzər TV"də yayımlanan "5/5" verilişinin qonağı olan xanım ifaçı Mətanət Əsədova paltarının qiymətini və ona hədiyyə edilən maşınların adlarını açıqlayıb. Moderator.az baku.ws-ə istinadən xəbər verir ki, Mətanət Əsədova qeyd edib ki, ona maşın bağışlayanların sayı çoxdur.  "Range Rover, BMW X5, Mercedes, AUDİ Q7 maşınları hədiyyə ediblər", - müğənni qeyd edib.  Mətanət Əsədova ən bahalı paltarının qiymətini də açıqlayıb. "Ən bahalı paltarımın qiyməti 12 min manatdır. Bəzi paltarlarımı dostlarım hədiyyə edir. Əynimdəki paltarımın qiyməti isə 3 min manatdır", - müğənni qeyd edib.