Sosial şəbəkədə biz:

Oyun başa çatdı:"Qarabağ" Çempionlar Liqasında ilk xalını qazandı

18 October 2017, 23:06
Gündəm
UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunları davam edir. Trend-in məlumatına görə, "Qarabağ" Bakı Olimpiya Stadionunda İspaniyanın "Atletiko" klubu ilə qarşılaşıb. 75-ci dəqiqədən Ağdam təmsilçisi 10 nəfərlə mübarizə aparıb – Dino Ndlovu ikinci sarı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib. Gərgin və qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb – 0:0. Beləliklə, tarixində ilk dəfə olaraq Çempionlar Liqasının final mərhələsində yarışan "Qarabağ" turnirdə ilk xalını qazanıb.