Sosial şəbəkədə biz:

"Bank Technique"nin sabiq baş direktoru "Azər-Türk Bank"a gətirilib

"Azər-Türk Bank" ASC-də daha bir kadr dəyişikliyi baş verib. "APA-Economics"in məlumatına görə, Axundov Kamran Alik oğlu bankın plastik kartlarla iş departamentinin rəhbəri təyin olunub. Qeyd edək ki, K. Axundov bundan öncə "Bank Technique" ASC-də baş direktor, biznesin inkişafı departamentinin direktoru vəzifəsində çalışıb. K. Axundovadək bu vəzifəni Ceyhun Rəhimov tutub. Hazırda C. Rəhimov "Azericard" MMC-nin baş direktorudur. K. Axundov 1981-ci ildə iyunun 17-də Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bakalavr, 2004-cü ildə isə magistr dərəcəsi üzrə bitirib. 2004-2005-ci illərdə “Avropa LTD” şirkətində mühasib vəzifəsində çalışdıqdan sonra, 2005-2012-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankında xidmət bölməsinin mütəxəssisi vəzifəsindən Pərakəndə biznes departamenti, “ABB-Premyer” Müştəri xidmətlərində rəhbər müavini vəzifəsinədək yüksəlib. 2012-ci ilin iyun ayından “Bank Technique” ASC-də çalışıb. Ailəlidir, 2 övladı var.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol