Sosial şəbəkədə biz:

Avtomobil idxalı 70% artdı

20 October 2017, 11:09
Gündəm
2017-ci ilin Yanvar-Sentyabr ayları ərzində Azərbaycana 6 643 ədəd avtomobil (nəqliyyat vasitəsi) gətirilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 70% çoxdur. 2016-cı ilin 9 ayında Azərbaycana 3 906 ədəd nəqiliyyat vasitəsi idxal olunmuşdu.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin Yanvar-Sentyabr  aylarında 138  ədəd avtobus, 5 783 ədəd minik avtomobili, 670  ədəd yük avtomobili, 52 ədəd xüsusi təyinatlı avtomobil idxal olunub. Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin Yanvar-Sentyabr aylarında  61 avtobus, 3389 ədəd minik avtomobili, 379 ədəd yük avtomobili, 77 ədəd xüsusi texnika idxal olunmuşdu. İllik müqayisədə minik avtomobilərinin idxalı 70,6% artıb. Təkcə Sentyabrda Azərbaycana 981 ədəd nəqliyyat vasitəsi, o cümlədən 909 ədəd minik avtomobili gətirilib. (Marja)