Sosial şəbəkədə biz:

Qalmaqallı iştirakçı “Maşın”dan getdi - Video

22 October 2017, 13:35
Gündəm
Ötən gün “Maşın” realiti şousundan ən qalmaqallı iştirakçı hesab olunan aparıcı Vüsalə Kərimova  gedib.  “Qafqazinfo” xəbər verir ki, onu yarışmadan səsverməyə çıxan müğənni Talıb Tale  kənarlaşdırıb. Belə ki, proqramda 4 iştirakçı Talıb Taleni SMS səsverməsinə çıxarıblar. Müğənni tamaşaçılardan səs istəyərək hədəfinin Vüsalə Kərimova olduğunu açıqlayıb. “Dünən Vüsalə Kərimova bir güllə ilə iki canavar vurdu. Birini- Elşad Xoseni vurdu, məni isə mənəvi cəhətdən yaraladı. Ona görə də hədəfim Vüsalə Kərimovadır”, - deyə T. Tale söyləyib. O, tamaşaçılardan 63,67 faiz səs toplayaraq Kərimovanı verilişdən uzaqlaşdırıb.