Sosial şəbəkədə biz:

Eldar Əzizov: “Mən Sumqayıtda vəzifəmi icra edirəm“

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov işdən çıxarılması və yeni təyinat alması ilə bağlı yazılanlara aydınlıq gətrib. PİA.AZ-a açıqlama verən icra başçısı hazırda kabinetində olducunu və vəzifəsini icra etdiyini bildirib: "Mən hazırda Sumqayıt şəhər İcra Hakimiyyətində, kabinetimdəyəm və vəzifəmi icra edirəm. Əgər cənab prezident məni vəzifəmdən azad etsəydi, xəbərim olardı. Dünən mətbuatda yayılan məlumatların bir əsası yoxdur". Qeyd edək ki, dünən adının çəkilməsini istəməyən mənbə  bir çox saytlara Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun vəzifəsindən azad edilməsi barədə xəbər ötürmüşdü. Xəbərdə bildirilirdi ki, Eldar Əzizov vəzifəsindən azad olunaraq, Bakının Nizami rayon İcra Hakimiyyətinə başçı təyin edilib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol