Sosial şəbəkədə biz:

Bakıda azyaşlı uşaq soyuqda yarıçılpaq halda diləndirilir - FOTO

23 October 2017, 16:52
Gündəm
Uşağın bu cür istismar edilməsi sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Bakı Metropoliteninin "Əhmədli" stansiyası yaxınlığında 09-10 yaşlarında olan oğlan uşağı soyuq havada asfalt üzərində yarıçılpaq halda dilənməyə məhkum edilib. AzNews.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Sevda Məhərrəmova facebook səhifəsində məlumat verib. O qeyd edib ki, uşaq burada özü könüllü olaraq diləndiyini desə də, az keçməmiş naməlum bir kişi uşağa yaxınlaşaraq onu ərazidən uzaqlaşdırıb. Hüquqşünas faktla bağlı Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə xəbər verib. Lakin polis əməkdaşları dilənən uşağı tapa bilməyiblər. >