Sosial şəbəkədə biz:

Tbilisidə xüsusi əməliyyat: Azərbaycanlı saxlanıldı – FOTO

23 October 2017, 21:55
Gündəm
Hüquq-mühafizə orqanlarının Tbilisinin Varketili rayonunda keçirdikləri xüsusi əməliyyat zamanı Gürcüstan və Azərbaycan vətəndaşları saxlanılıb.  Oxu.Az-ın “Qruziya Online” nəşrinə istinadən məlumatına görə, 1984-cü il təvəllüdlü E.B. adlı Azərbaycan vətəndaşı da hədə-qorxu yolu ilə yerli iş adamından iki min dollar pul almaqda ittiham olunur Təqsirləndirilən şəxslər Kalauban küçəsində zərərçəkəndən pul alan zaman saxlanılıblar. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.