Sosial şəbəkədə biz:

İcra başçısı 700 bal toplayan qıza maşın verdi- Foto

Azərbaycanda icra başçısı 700 bal toplayan tələbəyə maşın hədiyyə edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Məlumatda bildirilir ki, Zaqatala icra başçısı Mübariz Əhmədzadə rayon tarixində ilk dəfə ali məktəbə keçirilən imtahanlarda 700 bal toplayan Asya Mamudovaya avtomobil hədiyyə edib. Zaqatala İcra hakimiyyətindən "Qafqazinfo"ya verilən məlumata görə, icra baçısı bir neçə il əvvəl rayonu təmsil edən abituriyentlərə söz verib ki, kim 700 bal toplasa ona maşın hədiyyə olunacaq: "Bu gün həmin maşın 700 bal toplayan Asya Mamudovaya təqdim olundu".

Qeyd edək ki, Mahmudova Asya İdris qızı Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olub.

 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol