Sosial şəbəkədə biz:

"Satqın Tramp!" - Konqresin binasında prezidentə rus bayraqları atlıdı + VİDEO

25 October 2017, 10:14
Gündəm
ABŞ-da prezident Donald Trampa Rusiya bayraqları atıb. Hadisə ABŞ Konqresinin binasında baş verib. Belə ki, Tramp respublikaçıların Senatdakı rəhbəri Mitç Makkonnellə nahara gedərkən ona bayraqlar atılıb. Prezidentə Rusiya bayraqlarını atan şəxs "Satqın Tramp!" şüarlarını da səsləndirib. Qeyd olunur ki, həmin şəxs Rayan Kleytondur. O, fevralda da Trampın iştirak etdiyi konfransda təxribat hazırlayıb/Report.