Sosial şəbəkədə biz:

İcra başçısının avtomobil bağışladığı tələbə: “Maşın sürməyi öyrənəcəm”

Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə rayon tarixində ali məktəbələrə keçirilmiş qəbul imtahanlarında ilk dəfə 700 bal toplayan Asya Mahmudovaya avtomobil hədiyyə edib. 
 
Asya Mahmudova hədiyyə ilə bağlı təəssüratlarını Modern.az-a açıqlamasında belə ifadə edib:
“Hədiyyəyə görə çox sevincliyəm. Gözləmirdim. Özüm maşın sürə bilmirəm, sürücülük vəsioqəm də yoxdur. Düzü, məktəbi bu il bitirdiyim üçün  indiyə kimi vəsiqə almaq haqda maraqlanmamışam. Lakin maşın sürməyi  öyrənməyi düşünürəm. Qismət olsa, öyrənəcəm.  İnşallah, ailəmlə birgə maşından xeyirli şəkildə faydalanarıq”.
Qeyd edək ki, Asya idris qızı Mahmudova Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol