Sosial şəbəkədə biz:

SOCAR-ın avtobusu jurnalisti vurub öldürdü

25 October 2017, 20:54
Gündəm
Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Azinforum.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Şirvan sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub. Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib. S. Məmmədlinin tanınmış jurnalist olduğu, Şirvanda bölgə müxbiri kimi fəaliyyət göstərdiyi bildirilir.