Sosial şəbəkədə biz:

Qış tətili üçün ən yaxşı 11 şəhər - Fotolar

26 October 2017, 08:48
Gündəm
"Tətilə mütləq yayda çıxmaq lazımdır", deyə bir qayda yoxdur. Məlumdur ki, işləyən insanlar məzuniyyətlərinin bir hissəsini də qış aylarına saxlayırlar.   Bəs, qışda istirahət etmək üçün hansı şəhərlər daha əlverişlidir?   Musavat.com bu suala cavab tapmaq üçün kiçik bir araşdırma aparıb. Beləliklə, qışda gəzib-əylənə biləcəyiniz yerləri sizə təqdim edirik:   Kosta Rika   Kosta Rika ile ilgili görsel sonucu   Kosta Rikada yağışlı günlər dekabrda başa çatır. Beləliklə, günlük-günəşlik qış günləri başlayır. Şimali və Çəcubi Amerikanın tən ortasında yerləşən bu ölkə qış tətilçiləri üçün ideal məkan hesab olunur.   Zihuatanejo, Meksika Zihuatanejo, Meksika ile ilgili görsel sonucu Meksikanın Zihuatanejo şəhəri tətil üçün bir o qədər də məşhur sayılmır. Ancaq demək olar ki, yanvar-fevral aylarında dənizə girmək və günəşlənmək üçün idealdır. Qışda yay günlərini davam etdirmək istəyənlər bu şəhəri seçə bilərlər.   Lima, Peru   Lima, Peru ile ilgili görsel sonucu   Qış aylarında da isti hava axtaranlar üçün digər ideal seçim Lima şəhəri ola bilər. Bura ləzziz yeməklərin də məskəni sayılır. Təsadüfi deyil ki, dünyanın ən yaxşı 50 restoranından 3-ü məhz bu şəhərdə yerləşir.   Sinqapur   Sinqapur ile ilgili görsel sonucu   Qışda öz ölkənizdə yeni ili keçirdikdən sonra Sinqapura getsəniz, burada ikinci dəfə yeni ili keçirməli olacaqsınız. Bu ölkədə yeni il Çin təqvimi ilə 16-17 fevralda qeyd olunur. Beləliklə, qış tətilində coşqulu bayram günü sizə unudulmaz xatirə ola bilər.   Cartagena, Kolumbiya   İlgili resim   Bu şəhər 4 fəsildə də istirahət üçün əvəzssizdir. Havası il boyu mülayimdır. Memarlıq abidələri ilə gözəlləşən şəhər məhz bu xüsusiyyətinə görə turist axınına məruz qalır.   Keyptaun, CAR   Cape Town ile ilgili görsel sonucu   Cənubi Afrika Respublikasının Keyptaun şəhəri konsert və açıq havada təşkil olunan tədbirlərin məskənidir. Noyabrdan başlayaraq aprelə qədər davam edən isti havalar qış tətilində olduğunuzu unutduracaq. Əgər tətil üçün bu şəhəri seçsəniz, özünüzü günəşli havada əyləncənin mərkəzində görəcəksiniz.   Taipei, Tayvan   Taipei, Tayvan ile ilgili görsel sonucu Dünyanın ən hündür 8-ci binası bu şəhərdə yerləşir. Mətbəxi xeyli rəngarəng olan bu şəhər gecə bazarı ilə də məşhurdur.   Phuket, Tayland   İlgili resim   Yanvardan başlayaraq, mart ayına qədər Phuketə getmək ən münasib vaxtdır. Bu ərəfədə Musson yağışları bitmiş, boğucu istilər isə başlamamış olur. Bu şəhərə fevral ayında getsəniz, küçə yeməklərinin təqdim olunduğu ənənəvi festivalda da iştirak edə bilərsiniz. bu isə gəzintinizi daha əyləncəli edəcək. Serengeti Milli Parkı, Tanzaniya   Serengeti Milli Parkı, Tanzanya ile ilgili görsel sonucu   Serengeti Milli Parkı vəhşi təbiəti sevənlər üçün ideal seçimdir. Yüzlərlə vəhşi heyvanı təbii yaşam şərtlərində görmək qış tətilçiləri üçün unudulmaz olacaq. Rio de Janeiro, Braziliya   Rio de Janeiro ile ilgili görsel sonucu   Rio de Janeiro əyləncə sevənlər üçün ideal məkandır. Tropik iqlim qurşağında olduğu üçün tətil vaxtı qış aylarında olduğunuzu unudacaqsınız. Roma, İtaliya   roma ile ilgili görsel sonucu   İtaliyanın paytaxtı Roma hər fəsildə gəzmək üçün ideal seçimdir. Bu qədim şəhərin yayı başqa, qışı başqa gözəldir.