Sosial şəbəkədə biz:

Azərbaycanın keçmiş prezidentlərinin və onların ailə üzvlərinin təminat xərcləri artırılır

27 October 2017, 11:11
Gündəm
Növbəti il dövlət büdcəsində Azərbaycan Respublikasının keçmiş prezidentlərinin və onların ailə üzvlərinin təminat xərclərinin artırılacağı gözlənilir. “Report”un xəbərinə görə, bu, 2018-ci il dövlət büdcəsi layihəsində əks olunub. Gələn il üçün nəzərdə tutulan vəsait 304 min 891 manatdır. Bu, 2017-ci ildəkindən 1873 manat çoxdur. Qeyd edək ki, bu il üçün qeyd olunan sahəyə 303 min 18 manat vəsait ayrılıb.