Sosial şəbəkədə biz:

3 ölkə razılaşdı: Əsəd sürgünə göndərilir

Səudiyyə Ərəbistanı və Rusiya Suriyada vətəndaş müharibəsini bitirmək barədə razılaşıb. Axar.az xəbər verir ki, bu iddianı Livanın “Əl Cumhuriyə” qəzeti yazıb.   Qəzetin xəbərinə görə, Moskva və Riyad Bəşər Əsədsiz Suriya məsələsində razılıq əldə edib. Razılaşmaya əsasən, Suriyadakı müxalif qruplar 3-cü Cenevrə konfransında  bir araya gətiriləcək. Konfransda bu qrupların da təsdiqi ilə keçid hökuməti qurulacaq. Bəşər Əsəd hökuməti ilə birlikdə Rusiya, İran, Oman və Əlcəzairdən birinə sürgünə göndəriləcək. “Əl Cumhuriyə” ABŞ-ın da bu ssenarini təsdiqlədiyini yazıb. Hətta ABŞ, Rusiya və Səudiyyənin artıq konfransa qatılacaq qrupları müəyyən etmək üçün işlərə başladığı da iddia edilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol