Sosial şəbəkədə biz:

Azərbaycanda pambıqçıları daşıyan avtobus körpüdən aşdı - Yaralılar var

27 October 2017, 18:50
Gündəm
Goranboyda avtobus körpüdən aşıb.
Azinforum.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb.
Xeyli yaralının olduğu bildirilir. Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.