Sosial şəbəkədə biz:

“Qarabağ” son dəqiqədə vurduğu qolla qələbə qazandı

27 October 2017, 21:38
Gündəm
Futbol üzrə Azərbaycan Premyer-liqasının növbəti turu bu gün “Qarabağ”-“Səbail” oyunu ilə başlayıb. Virtualaz.org xəbər verir ki, 43-cü dəqiqədə ikinci sarı vərəqəyə görə Ansi Aqollinin meydançadan qovulmasından sonra ağdamlılar 10 nəfər qalıblar. Oyunda yeganə qolun müəllifi isə 90-cı dəqiqədə “Səbail”in qapısına yol tapmış Əfran İsmayılov olub – 1:0. “Qarabağ” hazırda turnir cədvəlinə başçılıq edir.