Sosial şəbəkədə biz:

Kataloniya parlamenti əyalətin müstəqilliyini elan etdi

28 October 2017, 08:59
Gündəm
İspaniyanın Kataloniya Muxtar Əyalətinin parlamenti birtərəfli qaydada əyalətin müstəqilliyini elan edib. Azinforum.az bu barədə TASS-a istinadən xəbər verir. Kataloniyanın müstəqilliyinin elan edilməsi ilə bağlı parlamentdə səsvermə keçirilib. Məlumata görə, içəridə səsvermə gedən zaman müstəqillik tərəfdarları təhlükəsizlik baxımından parlamentin binasını mühasirəyə alıblar. Rəsmi Madrid qərara hələlik münasibət bildirməyib.