Sosial şəbəkədə biz:

Bakıda şirkət rəhbərindən polisə şikayət olundu

Bakıda tikinti şirkətinin rəhbəri ilə bağlı polisə şikayət olunub. Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən bildirilib. Məlumatda qeyd olunur ki, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Südabə Mahmudağa qızı Səmədova 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bu ilin iyul ayında “Ozibəy” MMC-nin direktoru,1972-ci il təvəllüdlü Abbas Hacı oğlu Hacıyevə mənzil almaq məqsədi ilə 36 min manat verdiyini, lakin A. Hacıyevin mənzili başqa şəxsə satdığını bildirib. Faktla bağlı araşdırma aparılır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol