Sosial şəbəkədə biz:

ATƏT PA-nın vitse prezidenti AMİP beynəlxalq konfransın keçirir - FOTOLAR

28 October 2017, 18:35
Gündəm
Bu gun Azeəbaycan Milli İstiqlal Partiyasi ilə İsveçin Moderat Partiyasnın Jarl Hjalmarson Fondunun birgə təşkilatçılığı ilə "Avropa dəyərləri- onları Azərbaycanda necə təşkil etməli" mövzusunda beynəlxalq konfransın birinci mərhələsi kecirilib. Sessiyadan ibarət olan konfransı AMİP-in Beynəlxalq əlaqələr katibi Elşən Mustafayev ve Moderat Partiyasının numayəndəsi Riçard Tornqvist af Strom açıq elan edibler. Konfransda ATƏT-in Parlament Assamblyasının  xanım Marqareta Sederfelt Stokholm şəhər şurasının komissarı Cənab Kristofer Tomson "Bu günün geosiyasi prespektivlərindən irəli gələn cari problemler", "Zamanımızın böyük sülh lahiyəsi", "Rifahlı cəmiyyət üçün əsas dəyərlər" mövzusunda geniş məruzələr etmiş və bu məruzələr ətrafında geniş müzakirələr aparılmışdır. AMİP-in əsas məruzəçisi kimi isə AMİP lideri Etibar Məmmədov çıxış edib. Konfrans oz işini sabah da davam etdirəcəkdir.