Sosial şəbəkədə biz:

Sabah Akif Çovdarova hökm oxunacaq

29 October 2017, 12:09
Gündəm
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinə elan olunacaq hökmün vaxtı məlum olub. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hökm sabah elan olunacaq. Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərdən Akif Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Akif Əliyevin 9 il, Orxan Osmanovun isə 9 il il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. A. Çovdarov da daxil olmaqla, təqsirləndirilən digər şəxslər son sözündə məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.