AzNews.az Qol.az-a istinadən xəbər verir ki, son oyun günündə 1 qarşılaşma keçirilib. "Neftçi" "Sumqayıt"ı qəbul edib. Ardıcıl 3 matçda qələbə qazanan Tərlan Əhmədovun komandası bu görüşdə də qalib gəlməklə (2:1) turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. 29 oktyabr Topaz Premyer Liqa, 10-cu tur 18:00. “Neftçi” – “Sumqayıt” - 2:1 Qol: Mirabdulla Abbasov, 3 (1:0), Tural Axundov, 38 (1:1) Rəhman Hacıyev, 88 (2:1) Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Cavanşir Yusifov, Ramil Diniyev 8-ci km qəsəbə stadionu 28 oktyabr (şənbə) 17:00. “Zirə” - “Qəbələ” - 2:1 15:00. "Keşlə" - “Kəpəz” - 0:2 27 oktyabr (cümə) “Qarabağ” - “Səbail” - 1:0