Sosial şəbəkədə biz:

Hakan Şükürün yeni işi... - Fotolar

29 October 2017, 21:56
Gündəm
Hakan Şükürün sosial şəbəkədə yayılan yeni fotosu böyük maraq və təəccüb doğurub. Bir zamanlar milyonlar qazanan eks futbolçu indi Amerikada tort satmaqla məşğuldu. Yaşıl sahənin ən güclü futbolçularından biri, o vaxtlar milyonlar qazanan Hakan Şükür karyerasını başa vurduqdan sonra da Türkiyənin əsas şəxslərindən biri idi. O, hakim partiyadan millət vəkili seçildi, lakin onun siyasi karyerası da uzun çəkmədi. AKP-dən istefa verən eks futbolçu səs-küylü açıqlamalardan sonra ABŞ-a yollandı. ABŞ-a gedən futbolçudan isə bu dəfə media əl çəkmədi. Bildirilir ki, indi Hakan Şükür Kaliforniya ştatında kafe açaraq tort, müxtəlif şirniyyatlar satır. Eks futbolçu həmçinin masaları bir-bir gəzərək müştərilərin məmnun qalıb-qalmadığını soruşur. Qeyd edək ki, Hakan Şükür iki il əvvəl Türkiyədəki evlərini satıb, banklardan pulunu çəkib Amerikaya qaçmışdı. O, Türkiyəyə dönməyəcəyini açıqlamışdı.Musavat.com