Sosial şəbəkədə biz:

İran prezidenti Trampın görüş təklifini rədd edib

30 October 2017, 09:02
Gündəm
İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın görüşməklə bağlı təklifini rədd edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi məlumat verib. O bildirib ki, bu ilin sentyabrında BMT Baş Məclisinin 72-ci iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Həsən Ruhani ABŞ rəsmilərindən prezident D. Trampla görüşmək dəvəti alıb. Lakin ABŞ prezidentinin İrana qarşı kəskin çıxışlarına görə prezident Həsən Ruhani görüşmək istəməyərək təklifi qəbul etməyib.(AzərTAc)