Ötən illərin 5 ən gəlirli kənd təsərrüfatı fəaliyyəti və investisiya xərcləri
Ölkəmizdə inkişafı prioritetləşdirilmiş və sürətlə böyüyən bir sahə olan kənd təsərrüfatı bir çox hallarda riskli və bir o qədər də kiçik və orta sahibkarlıq fəaliyyətində gəlirli sahə kimi dəyərləndirilir. Lakin bütün sahələr kimi, kənd təsərrüfatında da illik müxtəlif iqtisadi, sosial və təbii səbəblərdən qiymətlərdə artıb-azalmalar baş verir. Bu dəfəki məqalədə qeyd olunan risklərin təsiri nisbətən zəif olan və gəlirli fəaliyyət sahəsi olan 5 kənd təsərrüfatı biznesi haqqında məlumat verəcəyik. Bunlar qarğıdalı, sarımsaq, soya əkini, qoyunçuluq və maldarlıqdır.