Sosial şəbəkədə biz:

Rövnəq Abdullayev Füzuli Ələkbərovun yerinə keçdi

Bu gün Cüdo Federasiyası İdarə Heyətinin iclası keçirilib. İslacda federasiyaya yeni rəhbər seçilib. "Qafqazinfo" xəbər verir ki, Cüdo Federasiyasından virtualaz.org saytına verilən məlumatda bildirilir ki, SOCAR və AFFA prezidenti Rövnəq Abdullayev Cüdo Federasiyasına prezident təyin olunub. Federasiyada bildirilib ki, bu gün Mili Olimpiya Komitəsində Rövnəq Abdullayevin təqdimatı olacaq. Saat 17:00-da baş tutacaq təqdimatdan sonra federasiyanın fəaliyyəti davam edəcək və kimin qalıb, kimin gedəcəyi dəqiqləşəcək. Xatırladaq ki, bundan öncə federasiyaya keçmiş əmək və əhalinin sosial müdafiəsi nazir, "İmprotex" şirkətinin sahibi Füzuli Ələkbərov rəhbərlik edirdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol