Sosial şəbəkədə biz:

Nyu-Yorkda terakt: 8 ölü, 15 yaralı

01 November 2017, 09:35
Gündəm
Yerli mətbuatın məlumatına görə, naməlum şəxsin idarə etdiyi avtomobili velosiped yolundakı insanların üzərinə sürməsi və ətrafdakı adamlara atəş açması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. Daha 15 yaralının olduğu bildirilir. Jurnalistlər qarşısında çıxış edən Nyu-York meri Bill de Blazio insidentin polis tərəfindən terror aktı kimi qiymətləndirildiyini, bu səbəbdən də istintaqı Federal Tədqiqatlar Bürosunun apardığını bildirib. ** 00:53 ABŞ-ın Nyu-York ştatının Manhetten şəhərində atışma baş verib. Virtualaz.org-un xarici KİV-ə istinadən məlumatına görə, bir nəfər kişi Ümumdünya ticarət mərkəzinin və məktəbin yaxınlığında, Traybeka mikrorayonunda maşından əvvəlcə camaata, sonra isə polislərə atəş açıb. İnsident nəticəsində 6 nəfərin öldüyü və daha 15 nəfərin xəsarət aldığını bildirir. Yerli polisdən verilən məlumata görə, atəş açan şəxs yaralanıb və saxlanılıb. Hazırda insidentin səbəbləri araşdırılır.